
“Komo” baş məşqçisi Sesk Fabreqası komandada saxlamaq üçün qətiyyətli addımlar atmağa hazırdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu 38 yaşlı mütəxəssisə qarşıdakı illər üçün ciddi layihə təklif etməyə hazırdır.
Klub yay transferləri üçün təxminən 100 milyon avro ayıra bilər. Belə olan halda, komandanın qarşısına növbəti mövsümün sonunda avrokuboklara çıxmaq vəzifəsi düşəcək.
Fabreqas 2024-cü ilin yayından “Komo”ya rəhbərlik edir. Komandanın A Seriyasında 36 turdan sonra 48 xalı var və 10-cu yerdədir.