
“Komo”nun baş məşqçisi Sesk Fabreqas yalnız bəzi şərtlərlə komandaya rəhbərlik etməyə davam edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis məşqçi qərarlarının qəbulunda tam sərbəstlikdə, əsas transferlər hesabına heyəti gücləndirməkdə, həmçinin, maaşının artırılmasında israrlıdır.
Avropanın bəzi klublarının ona marağını nəzərə alsaq, “Komo”nun onu komandada saxlaması çətin olacaq.
Fabreqasın gələcəyi indi klubun onun iddialarını dəstəkləməyə nə dərəcədə hazır olmasından asılıdır.
Fabreqas 2024-cü ilin yayından İtaliya komandasına rəhbərlik edir. “Komo” A Seriyasında debüt mövsümündə 48 xal toplayaraq 10-cu yerdədir.