
A Seriyasının prezidenti Ezio Maria Simonelli UEFA rəhbəri Aleksander Çeferinin İtaliyanın futbol infrastrukturunu sərt tənqid etməsini dəstəkləyib.
Çeferin İtaliya arenalarının hazırkı vəziyyətini “biabırçılıq” adlandırıb və onların Avropa standartlarından xeyli geri qalmasına diqqət çəkib.
Sportinfo.az “Panorama”-ya istinadən xəbər verir ki, İtaliya çempionatının rəhbəri, Çeferinin dedikləri ilə razı olduğunu və utandığını bildirib:
“UEFA prezidentinin İtaliya stadionları haqda dedikləri ilə razıyam və utandım.
Avropanın qalan hissəsi 213 arena tikdiyi halda, bizdə cəmi beşi var. Mövcud vəziyyətin əsas səbəbi həddindən artıq bürokratiya və siyasi iradənin olmamasıdır.
“İnter” və “Milan”ı ayıracaq yeni “San Siro” stadionu layihəsinin nəhayət, irəliləyəcəyinə ümid edirəm”.