Yeni Papa dünyada hansı futbol klubunun azarkeşidir?

10 May 12:20 İtaliya 589
Yeni Papa dünyada hansı futbol klubunun azarkeşidir?

Katolik keşişi Cüzeppe Paqano yeni Papa XIV Levin sevimli klubu haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, bu haqda ANSA məlumat yayıb.

Paqano bildirib ki, XIV Lev “Roma” azarkeşidir.

“O, “Roma” – “Fiorentina” oyunundan sonra mənə yumoristik şəkildə dedi ki, “Roma”nın qələbəsi Papa Fransiskin ölümündən sonra ilk möcüzəsidir”, - Paqano bildirib.

69 yaşlı amerikalı kardinal Robert Prevost Roma Katolik Kilsəsinin rəhbəri olub. XIV Lev adını alıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!