
İtaliya A Seriyasının 13-cü turunda “Milan” “Fiorentina”nı qəbul edib.
Sportinfo.az xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
45+2-ci dəqiqədə Teo Hernandes penaltini qazanıb və onu özü reallaşdırıb.
Françesko Kamarda 15 yaş 260 günündə 83-cü dəqiqədə “Milan”da debüt edərək ən gənc futbolçu kimi İtaliya A seriyasında rekorda imza atıb.
Hazırda “Milan” 26 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Fiorentina” isə 20 xalla 5-ci yerdədir.
Çempionatın lideri “İnter”dir (31). Onu 29 xalla “Yuventus” izləyir.