Tanınmış məşqçinin oğlu bu kluba keçdi - 1,7 milyon qazanacaq

18 Avqust 2022 15:20 İtaliya 544
Tanınmış məşqçinin oğlu bu kluba keçdi - 1,7 milyon qazanacaq

"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni Simeone klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu "Verona"dan "Napoli"yə keçib.

Bu barədə klubun saytı məlumat yayıb. Onunla 5 illik müqavilə imzalanıb. Futbolçu illik 1,7 milyon avro qazanacaq.

Covanni geridə qalan mövsüm A seriyasında 35 oyunda 17 qol vurub və 5 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti