Hakan Çalhanoğlu "İnter"lə 3 illik müqaviləyə imza atdı

23 İyun 2021 01:52 İtaliya 1 215
Hakan Çalhanoğlu "İnter"lə 3 illik müqaviləyə imza atdı

"Milan"dan ayrılan Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlunun "İnter"ə keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 3 illik müqaviləyə imza atıb.

Hakan Çalhanoğlu 2020/2021 mövsümündə "Milan"da 43 oyuna 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Milan"la müqaviləsi iyunun 30-da başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"