“Yuventus”da milli üzvü ilə bağlı qərar verildi

6 May 2021 10:20 İtaliya 912
“Yuventus”da milli üzvü ilə bağlı qərar verildi

“Yuventus” Federiko Bernardeski ilə yollarını ayırmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi məşqçilər korpusunun ümidlərini doğrultmur.

“Yuventus” rəhbərliyi Bernardeski ilə yollarını ayırmağı düşünür və onun üçün gələcək təklifləri dəyərləndirəcək.

Bu mövsüm “qoca sinyora” ilə A Seriyasında 26 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalan Bernardeskinin klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bernardeski İtaliya milli komandasına da dəvət alır.

Digər Xəbərlər
Xəbər Lenti