“Barselona”da sabiq prezident də namizəd oldu

1 Dekabr 2020 10:00 İspaniya 385
“Barselona”da sabiq prezident də namizəd oldu

Xuan Laporta yenidən “Barselona”nın prezidenti seçilə bilər.

Sportinfo.az xəbər verir ki, 2003-2010-cu illər aralığında Kataloniya klubuna rəhbərlik etmiş 58 yaşlı ispan gələn ilin yanvarında baş tutacaq prezident seçkiləri üçün namizədliyini irəli sürdüyünü açıqlayıb.

O, bu xəbəri və gələcək planlarını təşkil etdiyi mətbuat konfransında açıqlayıb. Laporta komandadan ayrılması gözlənilən Lionel Messini komandada saxlamaq üçün əlindən gələni edəcəyini bəyan edib.

Prezident seçiləcəyi təqdirdə Xavinin bu komandaya baş məşqçi gətirilməsi variantını da istisna etməyib. Amma sabiq prezident indiki baş məşqçi Ronald Kumana da yetərincə zaman veriləcəyini söyləyib.

“Barselona”da prezident seçkiləri yanvarın 24-də keçiriləcək. Laporta ilə yanaşı, daha doqquz nəfər Kataloniya təmsilçisinə rəhbərlik etməyə iddialıdır. Onların arasında 48 yaşlı Viktor Font favorit hesab olunur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"