"Azərbaycanda hamıdan çox məni meydandan qovurlar"

19 Avqust 2023 03:50 Sabah 653
"Azərbaycanda hamıdan çox məni meydandan qovurlar"

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycanda hakimliyin vəziyyətini tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə Rusiyanın sport24.ru saytına verdiyi müsabibədə danışarkən bildirib.

M.Musayev bildirib ki, Azərbaycan çempionatında meydandan ən çox qovulan məşqçidir.

"Əgər Rusiyada səni ehtiyatla meydandan göndərirlərsə, Azərbaycanda bunu daha az peşəkar şəkildə həyata keçirirlər. İldən ilə buna dözmək mənim üçün çətinləşir".

Özünün meydandan tez-tez qovulmasına reaksiyalara gəlincə, M.Musayev bildirib:

"Kimin nə deməsi məni ən sonda narahat edən məsələdir. Həm "Krasnodar", həm də "Sabah" dürüst oynayıb. Kim lazımdırsa o başa düşəcək. Çox şey haqda mən danışa bilmərəm".

M.Musayevin Azərbayanda VAR sistemindən də razı deyil. O, bununla bağlı danışarkən bildirib: "Mən VAR-ın tərəfdarıyam. Bu, futboldakı ən yaxşı hadisələrdəndir. Amma Rusiyada VAR-a 6 dəqiqə baxırlar, buna görə də oyun çökür. Avropada təkrarı yarım dəqiqə izləyirlər. Bizdə isə hətta uşaqların tribunadan gördüklərinə də baxırlar.

Siz şərti olaraq cədvəlin aşağı hissəsində qərarlaşan qapalı komanda ilə oynayırsınız. Soyuqdur, vaxt daralır, bir tərəfdən də VAR başlayır... Meydanda isə futbol yoxdur! Dinamika aşağı düşür. Avropa səviyyəsində oynayanda bundan əziyyət çəkirik. Azərbaycanda da bu baxımdan vəziyyət yaxşı deyil. Rusiyada heç olmasa göstərirlər ki, bu hakim səhv etdi deyə, biz onu birinci liqaya göndərdik. Hiss edilir ki, iş görülür. Azərbaycanda isə bu sarıdan vəziyyət çətindir".

M.Musayevin sözlərinə görə, Azərbaycanda hakimlərin idarəçiliyini müəyyən etmək çətindir: "Rusiyada mənim hakimlərlə bağlı profaylım (qeydiyyatdan keçən şəxsin özü barədə şəxsi informasiya səhifəsi - red.) vardı. Bilirdim ki, kim çox fit çalır, kiminlə mehriban olmaq lazımdır, kiminlə mübahisə etmək olmaz, digərinin əlbəyaxa döyüş sənətində yüksək dözümlülüyü var... Azərbaycanda isə əksər hakimlərin profaylın çıxara bilmirəm. Bir tur sərt hakimlik edir, ya da külək əsdiyi üçün penalti verir".

Digər Xəbərlər
Xəbər Lenti