Onun “Barselona”dakı yeganə problemi Messidir?

22 Oktyabr 2020 17:52 İspaniya 489
Onun “Barselona”dakı yeganə problemi Messidir?

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Antuan Qrizmannın “Barselona”dakı durumu ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Venger Qrizmannın öz mövqeyində oynamamasının ona pis təsir etdiyini bildirib.

O, Antuanın əsas probleminin Messi olduğunu vurğulayıb:

“Uzun müddət öz mövqeyində oynamamaq çox çətindir. Əvvəlcə buna razılaşırsan, amma vaxt keçdikcə yad mövqedə özünü doğrulda bilmirsən.

Bundan sonra problemlər başlayır, məyus olursan. Qrizmann mərkəzdə oynamalıdır. Ona görə ki, onun əla tempi, dəqiq ötürmələri var. O, son ötürmə zamanı da təhlükəlidir.

Amma bunu reallaşdırmaq mümkün deyil. Çünki problem var. Qrizmanın özünün yaxşı hiss edəcəyi mövqe Messinin qərarlaşdığı zonadadır.

Digər Xəbərlər
Xəbər Lenti