"Əvvəllər dəfələrlə bu vəziyyətdə olmuşam, nə etməli olduğumuzu bilirəm"

10 Dekabr 2023 10:40 İngiltərə 793
"Əvvəllər dəfələrlə bu vəziyyətdə olmuşam, nə etməli olduğumuzu bilirəm"

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandasının İngiltərə Premyer Liqasındakı çıxışından danışıb.

Sportinfo.az xəbər verir ki, 58 yaşlı mütəxəssis nəticələrini necə yaxşılaşdıracağını bildiyini deyib:

“Əvvəllər dəfələrlə bu vəziyyətdə olmuşam, ona görə də təcrübəliyəm. Nə etməli olduğumuzu bilirəm. Ancaq bir çox futbolçum üçün bu ilk dəfədir. Belə problemlərin olacağını bilirdim”.

İngiltərə çempionatının son beş oyununda Postekoqlunun komandası dörd məğlubiyyət alıb, bir dəfə heç-heçə edib.

Eyni zamanda, bu görüşlərin hər birində 1:0 hesabı ilə öndə olan, ardıcıl beş matçda qalib gələ bilməyən ilk komanda olmaqla Premyer Liqanın antirekorduna imza atıblar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı