Ermənilərə casusluq etdi, 17 il həbs cəzası aldı - VİDEO

12 Avqust 2023 15:50 Araşdırma 952
Ermənilərə casusluq etdi, 17 il həbs cəzası aldı - VİDEO

Dövlətə xəyanətdə ittiham olunan Hacı Paşayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, H. Paşayev 17 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.Paşayevə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ittiham elan olunub. O, Ermənistan xüsusi xidmət orqanlarına casusluqda təqsirləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!