“Real” Ardanı icarəyə vermək istəyir – Onunla hansı klublar maraqlanır?

21 Aprel 2024 01:30 İspaniya 1 364
“Real” Ardanı icarəyə vermək istəyir – Onunla hansı klublar maraqlanır?

Türkiyəli yarımmüdafiəçi Arda Gülər ​​cari mövsümün sonunda “Real”ı tərk edə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “kral klubu” 19 yaşlı yarımmüdafiəçini sabit oyun praktikası əldə etmək üçün icarəyə verməyi planlaşdırır.

Gülərlə “Betis” maraqlanır. “Real Sosyedad” da yarımmüdafiəçini transfer etmək istəyir.

Arda bu mövsüm İspaniya çempionatında 5 matçda iştirak edib və 1 qol vurub.

Hazırda “Real” ikinci yerdə qərarlaşan “Barselona”nı 8 xal qabaqlayaraq, La Liqanın turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da