"Bu vecimə də deyildi, bilirdim ki, milyonçu olacam”

20 May 2020 14:36 İspaniya 796
"Bu vecimə də deyildi, bilirdim ki, milyonçu olacam”

“Barselona”nın sabiq futbolçusu Aleks Sonq 2012-ci ildə Kataloniya klubuna keçidi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Sonq “Barselona”da mütəmadi oynamaq şansının olmayacağını bildiyi halda təklifi qəbul edib.

O, bu komandaya yaxşı məvacib üçün keçdiyini etiraf edib: “Əksər oyunçular imkanlarından aşağı səviyyədə yaşayırlar. Mən səkkiz il "Arsenal" da oldum, ancaq son dörd ildə yaxşı pul qazanmağa başladım.

Maaş artsa da, xərclərimin də artdığının fərqindəyəm. "Arsenal"da çıxış etdiyim müddətdə 100 min avro da toplaya bilmədim. Baxmayaraq ki, çoxları məni milyonçu hesab edirdi.

“Barselona” müqavilə təklif edəndə, alacağım məvacibi bilib, iki dəfə fikirləşmədim. Düşündüm ki, karyeramı bitirəndən sonra ailəm komfort şəraitdə yaşamalıdır.

“Barselona”nın idman direktoru ilə görüşdüm və o, mənə dedi ki, meydana mütəmadi çıxmayacam. Amma bu, vecimə də deyildi, bilirdim ki, milyonçu olacam”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”