“Real”ın sabiq futbolçusu həbs edildi, ifadə verdi və...

13 May 19:28 İspaniya 222
“Real”ın sabiq futbolçusu həbs edildi, ifadə verdi və...

İspaniyada “Real”ın sabiq futbolçusu Edvin Konqo həbs olunub.

Sportinfo.az xəbər verir ki, onu mayın 12-də həbs ediblər.

Onunla yanaşı, daha 10 nəfər həbs olunub. Saxlanılanlar narkotik satışında ittiham olunurlar. 43 yaşlı Konqonun polis bölməsində ifadə verdikdən sonra sərbəst buraxıldığı bildirilir.

Kolumbiyalı futbolçu “kral klubu”na 1999-2002-ci illərdə məxsus olub. Amma o, klubun heyətində bircə dəfə də meydana çıxmayıb. Amma əfsanələrin oyununda “Real”ın heyətində meydan çıxır.

Xəbər Lenti
2 İyun 16:14 17 qollu oyun