Yeni prezident: “Onu saxlamağın nə dərəcədə çətin olduğunu bilirəm”

10 İyul 23:40 Problem 1 358
Yeni prezident: “Onu saxlamağın nə dərəcədə çətin olduğunu bilirəm”

“Quba soyuq iqlimə malikdir. Orada təbii otu qorumaq çətin məsələdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in yeni prezidenti Mirzə Bayrampur deyib.

Yaxınlarda “dənizçilər”i himayəsinə götürən iş adamı klubun Qubaya kömək perspektivindən danışıb.

O, “meydan təbii örtükdə qalacaq, yoxsa süniyə keçəcəksiz” sualına cavabında aşağıdakıları söyləyib:

“Düşünürük ki, təbii olmasa belə, hibrid qazon salaq. Əslən Qubadan olduğum üçün bölgədə təbii otu saxlamağın nə dərəcədə çətin olduğunu bilirəm.

Şaxta çox olur, yağışlar səngimir - bu kimi amillər otun qorunmasına təsir edir”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!