"Barselona" 19 yaşlı braziliyalı hücumçunu aldı

26 Mart 2020 14:22 İspaniya 468
"Barselona" 19 yaşlı braziliyalı hücumçunu aldı

“Barselona” “San Paulu”da çıxış edən Qustavo Maya ilə razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, 19 yaşlı hücumçu ilə mövsüm sonunda müqavilə imzalanacaq.

Futbolçunun agenti də bunu təsdiqləyib. O bildirib ki, “Barselona” Mayanı izləmək üçün Barziliyaya gəlib. Oyunçu həmin görüşdə 3 qol vurub və klub nümayəndələrinin diqqətini çəkib.

19 yaşlı futbolçu “San Paulu”nun yetirməsidir. Maya komandanın əsas heyətində çıxış etməyib. Futbolçunun performansı “Barselona” ilə yanaşı, “Liverpul” və “Atletiko”nun da diqqətini çəkib. Ancaq Kataloniya klubunda çıxış etmək Qustavonun arzusu olub.

Digər Xəbərlər
Xəbər Lenti