Messi Ronaldinyoya görə pul vermək istəmir

23 Mart 17:00 İspaniya 509
Messi Ronaldinyoya görə pul vermək istəmir

Lionel Messinin Paraqvayda həbsdə olan Ronaldinyonun azadlığa buraxılması üçün onun vəkillərinə 3,5 milyon avro yardım etməsi barədə xəbərlər təkzib olunub.

Qol.az “The Sun”a istinadən yazır ki, “Barselona”nın kapitanının nümayəndələri bildiriblər ki, argentinalı braziliyalı eks futbolçunun taleyindən narahatdır: “Amma ona maddi yardım edilməsi nəzərdə tutulmur”.

Xatırladaq ki, Ronaldinyo Paraqvayda saxta pasportla saxlanılıb. Daha sonra onun barəsində 6 aylıq həbs qərarı çıxarılıb.

Xəbər Lenti
2 Aprel 23:30 SMS-lər pulsuz olacaq