Şəhər komandası 6 futbolçunun xidmətindən istifadə etməyəcək

25 Yanvar 03:10 İspaniya 578
Şəhər komandası 6 futbolçunun xidmətindən istifadə etməyəcək

"Səbail" Premyer Liqasının XX turunda "Turan Tovuz"la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Bayıl təmsilçisi səfər matçına ciddi itkilərlə çıxacaq.

Uzun müddətə sıradan çıxan Ağabala Ramazanovla David Qomesə, son oyunda iştirak etməyən Səlahət Ağayev, Süleyman Əhmədov və Nir Bardea da qoşulub.

Beş zədəli oyunçudan başqa, Yadin Luqasi də Tovuzda komandaya kömək etməyəcək. İsrailli "Zirə" ilə matçda sarı vərəqə almaqla cəzalı duruma düşüb. Bu onun cari mövsümdə üzləşdiyi 4-cü xəbərdarlıq olub.

"Zirə" ilə matçın 89-cu dəqiqəsində əvəzetmədən oyuna qoşulmasına baxmayaraq, bu onun "sarı" alıb cəzalı duruma düşməsinə mane olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı