“Barselona”nın vitse-prezidenti: “Xavi qalır, o, xoşbəxtdir”

25 Aprel 12:00 İspaniya 868
“Barselona”nın vitse-prezidenti: “Xavi qalır, o, xoşbəxtdir”

“Barselona”nın vitse-prezidenti Rafa Yuste komandanın baş məşqçisi Xavi Hernandesin gələcəyi haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin klubda qalmasının təsdiqləndiyini bildirib:

“Xavi qalır, o, “Barselona”da xoşbəxtdir. Klub digər məşqçilərlə danışıqlar aparmayıb. İdman direktorumuz Deku bu mütəxəssisə tam etibar edir. Qərar təsdiqlənib”.

Daha əvvəl Xavinin cari mövsümün sonunda Kataloniya komandasını tərk edəcəyi bildirilib. Onun rəhbərliyi altında komanda La Liqanın turnir cədvəlində hazırda ikinci yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti