“Qarabağ” belə bir qərar aldı

18 İyul 2024 00:50 İspaniya 1 535
“Qarabağ” belə bir qərar aldı

“Qarabağ” Avsrtriyada təlim-məşq toplanışını başa vurub.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün axşam Bakıya qayıdır.

Qurban Qurbanovun komandası Çempionlar Liqasının ikinci mərhələsinə - “Linkoln”la (Cəbüllütariq) oyuna hazırlığı Bakıda davam etdirəcək.

Ağdam təmsilçisi ilk matç üçün Cəbəllütariqə isə iyulun 21-də çarter reysi ilə yola düşəcək. İyulun 23-də “Linkoln” - “Qarabağ” matçı keçiriləcək.

Cavab matçı isə iyulun 30-da Bakıda olacaq.

“Qarabağ” Avstriyada təlim-məşq toplanışı zamanı 4 yoxlama oyunu keçirib.

Almaniya “Kayzerslautern”una uduzan (1:3) Ağdam təmsilçisi Çexiya “Viktoriya”sına 2:1, Xorvatiya “Slaven”inə 1:0 və Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli, komandasına 5:2 hesabı qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti