"Liverpul"a istədiyi məbləği ödəyəcək - "Barselona"

23 Aprel 2024 12:20 İspaniya 2 387
"Liverpul"a istədiyi məbləği ödəyəcək -

"Barselona" "Liverpul"un futbolçusunu transfer etmək üçün hərəkətə keçib.

Sportinfo.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Luis Diası razı salmağa çalışır.

İspaniya nəhəngi 27 yaşlı kolumbiyalıya görə "Liverpul"a istədiyi məbləği ödəyəcək.

Dias İngiltərə Premyer Liqasının bu mövsüm 32 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Kolumbiyalı 2022-ci il yanvarın 30-da “Porto”dan “Liverpul”a keçib. O, 2027-ci il iyunun 30-na qədər Mersisayd klubu ilə müqaviləsi qüvvədədir.

Vinger Kolumbiyada “Barrankilya”, “Atletiko Junior” klublarında da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”