“İndi Çempionlar Liqasını və dünya kubokunu qazanmaq istəyirəm”

20 İyul 2024 01:30 İspaniya 1 067
“İndi Çempionlar Liqasını və dünya kubokunu qazanmaq istəyirəm”

“Barselona”nın yarımmüdafiəçisi Pedri İspaniya yığması ilə Avropa çempionatını qazandıqdan sonra nəyə nail olmaq istədiyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu yeni hədəflərinin dünya çempionatı və Çempionlar Liqası olduğunu deyib:

“Mən artıq “Barselona” ilə La Liqanı və İspaniya yığması ilə Avropa çempionatını qazanmışam. Buna görə də indi Çempionlar Liqasını və dünya kubokunu qazanmaq istəyirəm”.

21 yaşlı futbolçu Almaniya millisi ilə 1/4 final oyununda (2:1) aldığı zədə səbəbindən həlledici görüşləri buraxmalı olub. İspanlar Pedrisiz Fransa və İngiltərə yığmalarını məğlub edərək, Avropa çempionluğunu qazana biliblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti