“Barselona” 6 illik müqavilə təklif etdi - Millinin yarımmüdafiəçisinə

20 İyul 2024 12:20 İspaniya 2 382
“Barselona” 6 illik müqavilə təklif etdi - Millinin yarımmüdafiəçisinə

“Barselona” Dani Olmoya 6 illik müqavilə təklif edib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçunun agentləri ilə danışıqlar aparılır.

Olmo Almaniyanın “Leyptsiq” klubunun formasını geyinir. 26 yaşlı yarımmüdafiəçi 2020-ci ildən Bundesliqa təmsilçisində çıxış edir.

İspaniya yığması ilə AÇ-2024-ün qalibi olan futbolçu ötən mövsüm Bundesliqada meydana çıxdığı 25 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti