"O, futbolda hörmətli insandır, bizim üçün çox şey deməkdir"

27 Yanvar 12:00 İspaniya 960
"O, futbolda hörmətli insandır, bizim üçün çox şey deməkdir"

“Real”ın müdafiəçisi Eder Militao Madrid klubunun prezidenti Florentino Peres haqda danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu klub prezidentini tərifləyib:

“O, futbolda hörmətli insandır. Sadəcə adını deməklə onun hekayəsini artıq bilirsiz və artıq heç nəyə ehtiyacınız yoxdur.

O, bizim üçün çox şey deməkdir. Peres hamımız üçün çox mehriban və hamımızı sevən insandır. O, inanılmaz insandır”.

Braziliyalı müdafiəçi 2019-cu ildə “Portu”dan “kral klubuna” keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 143 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti