Azərbaycanda həvəskar komanda böyük dəstək gördü - Maraqlı anlar VİDEO+FOTOLARda

19 Aprel 11:40 İspaniya 664
Azərbaycanda həvəskar komanda böyük dəstək gördü - Maraqlı anlar VİDEO+FOTOLARda

Region Liqasında ¼ final iştirakçılarının adları məlumdur.

Yeni yaradılan «Şimal» bu siyahıdadıdr.

Xaçmaz komandası 1/8 finalda «Neftçala» ilə qarşılaşıb. Səfərdən 1:1 hesabı ilə dönən şimallılar rəqibini Siyəzəndə qəbul edib.

Görüş Tural Cəlilovun oynayan məşqçisi olduğu kollektivin xeyrinə başa çatıb. Onların qonaqların qapısından 2 cavabsız top keçirib.

Bu matçıda «Şimal»ı yüzlərlə azarkeş dəstəkləyib. Xaçmazlı tərəfdarlar tribunada böyük coşqu yaradıb.

İndi debütantı irəlidə daha bir çətin rəqib gözləyir. Yarımfinala vəsiqə qazanmaq üçün «Lənkəran»la üz-üzə gələcəklər.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti