Bu ölkədə futbolun başına yeni rəhbər gətirildi

27 Aprel 01:40 İspaniya 449
Bu ölkədə futbolun başına yeni rəhbər gətirildi

İspaniya Kral Futbol Federasiyasının (RFEF) yeni prezidenti məlum olub.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Pedro Roşa federasiyanın yeni rəhbəri seçilib.

O, bu vəzifədə Luis Rubialesi əvəzləyib.

Luis Rubiales qadın futbolçulardan ibarət İspaniya millisinin futbolçusu Cennifer Hermosonu dodağından öpdüyü üçün qalmaqal yaranmış və nəticədə vəzifəsini tərk etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti