Onun üçün mövüm bitdi, əməliyyat olundu - “Barselona”lı müdafiəçi

26 Yanvar 2024 12:00 İspaniya 813
Onun üçün mövüm bitdi, əməliyyat olundu - “Barselona”lı müdafiəçi

“Barselona”nın müdafiəçisi Aleks Balde üçün bu mövsüm erkən başa çatıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı oyunçu kral kubokunun 1/4 finalında “Atletik”lə matçda (2:4) aldığı zədə səbəbindən əməliyyat olunacaq.

Gözlənilən bərpa müddəti təxminən 4 aydır.

Beləliklə, ispaniyalı futbolçu bu mövsüm daha Kataloniya təmsilçisinə kömək etməyəcək.

Balde 2023/24 mövsümündə 28 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti