“Barselona”dakı hücumçusunu “Real”a gətirmək istəyir

18:40 İspaniya 142
“Barselona”dakı hücumçusunu “Real”a gətirmək istəyir

“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər, ancaq bu, “Barselona” olmayacaq.

Sportinfo.az “Metro” nəşrinə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun xidmətində “Real” maraqlıdır.

Mənbə bildirir ki, portuqaliyalı mütəxəssis Joze Mourinyo Reşfordun transferində şəxsən maraqlıdır. Mourinyonun yaxın vaxtlarda “kral klubu”nun baş məşqçisi postuna təyin olunacağı iddia edilir.

Reşford hazırda “Barselona”da icarə əsasında çıxış edir. 28 yaşlı forvard cari mövsümdə İspaniya La Liqasında 31 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti