“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubdakı xüsusi atmosferdən danışıb.
Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis mətbuat konfransında komandadakı futbolçuların hamısının “Barselona”da çıxış etməyi böyük istəklə davam etdirdiklərini bildirib:
“Oyunçularla söhbət edəndə görürəm ki, onların hamısı “Barselona”nı çox sevir və məhz burada oynamaq istəyir. Eyni şey məşqçilər heyətinə də aiddir.
Biz də bu kluba işləmək istədiyimiz üçün gəlmişik. Burada xüsusi bir şey, xüsusi bağ var.
Bu bağlılığın formalaşmasında klubun akademiyası olan La Masia böyük rolu oynayır. Hər şey La Masiadan başlayır.
Futbolçular uzun illər birlikdə oynayırlar və bunun nəticəsində aralarında həqiqətən unikal münasibət yaranır”.
“Barselona” çempion statusunda keçirdiyi ilk oyunda dünən “Alaves”ə 0:1 hesabı ilə məğlub olub.
Flik Kataloniya komandasını ardıcıl ikinci mövsüm ölkə çempionluğuna daşıyıb. O, komandaya 2024-cü ilin yayında rəhbərlik etməyə başlayıb.

