Klub prezidenti açıqlama verdi: “Mən bunu deməyə utanıram”

21:40 İspaniya 78
Klub prezidenti açıqlama verdi: “Mən bunu deməyə utanıram”

“Real”ın prezidenti Florentino Peresə hazırda “Benfika”nı çalışdıran Joze Mourinyonun mümkün dönüşü ilə bağlı sual verilib.

Portuqaliyalı mütəxəssisin yenidən Madrid klubunun baş məşqçisi olacağı barədə məlumatlar yayılıb.

İddialara görə, tərəflər artıq razılıq əldə edib və rəsmi açıqlamanın gələn həftə veriləcəyi gözlənilir.

Sportinfo.az xəbər verir ki, “kral klubu”nun rəhbəri mətbuat konfransında bu mövzuya konkret münasibət bildirməkdən yayınıb:

“Mən düşünmürdüm ki, mənə bu barədə sual veriləcək. Hazırda prosesin həmin mərhələsində deyilik.

Biz indi “Real”ın onu əlimizdən almaq istəyən şəxslərə deyil, sosioloqlara məxsus olduğunu sübut etməliyik.

Mən onlarla danışmaq istəyirəm və qoy özlərini təqdim etsinlər. Soruşacam ki, onlar həyatlarında “Real” üçün nə ediblər.

“Real”a qarşı aparılan bu absurd kampaniyaya son qoymalıyam. Heç vaxt indiki qədər möhtəşəm “Real” olmayıb.

Məni klub tarixinin, hətta bütün klubların ən yaxşı prezidenti seçiblər, bunu deməyə utanıram. Bu gün futbol haqqında danışmırıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti