“Barselona” ölkə çempionatının 2025/26 mövsümünün qalibi olub.
Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi 35-ci tur çərçivəsində yenilənmiş “Kamp Nou”da "Real"ı 2:0 hesabı ilə məğlub edib.
“Kamp Nou” stadionunda keçirilən görüşdə qolları Markus Reşford və Ferran Torres vurublar.
“Barselona” bu qələbədən sonra xallarını 91-ə çatdıraraq ən yaxın izləyicisi olan “Real”ı sona üç tur qalmış 14 xal qabaqlayıb və çempionluğu rəsmiləşdirib.
Kataloniya klubu tarixində 29-cu dəfə İspaniya çempionu olub. Bu göstəricidə rekord Madrid təmsilçisinə məxsusdur. “Real” 36 dəfə çempionluq qazanıb.
Daha əvvəl yalnız 1932-ci ildə titulun taleyi “Real” – “Barselona” oyununda həll olunmuşdu. Həmin vaxt Madrid klubu 2:2 hesablı heç-heçə ilə çempion olmuşdu.
Matçdan əvvəl “Barselona”nın baş məşqçisi Hansi Fkikin atasının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Jurnalist Jerar Romeronun məlumatına görə, o, mayın 10-na keçən gecə vəfat edib.
2024-cü ildən “Barselona”nı çalışdıran Flik komandanı ardıcıl ikinci dəfə İspaniya çempionu edib. Alman mütəxəssis rəhbərliyi altında klub həmçinin İspaniya Kubokunu və iki dəfə ölkə Superkubokunu qazanıb.

