Premyer Liqadan 3 klubun hədəfindədir - “Barselona”nın hücumçusu

1 Aprel 2025 18:40 İspaniya 823
Premyer Liqadan 3 klubun hədəfindədir - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Ferran Torres İngiltərə Premyer Liqası təmsilçilərinin hədəfində qalmaqdadır.

25 yaşlı futbolçunun “Barsa”da qeyri-sabit çıxışı fonunda İngiltərəyə qayıdacağı ilə bağlı şayiələr davam edir.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, ispaniyalı oyunçu “Tottenhem”, “Aston Villa” və “Nyukasl”ın hədəfindədir.

O, əvvəllər ilyarım “Mançester Siti”də çıxış edib, 2022-ci ilin əvvəlində “Barselona”ya keçib.

Torres bu mövsüm “Barselona”da 34 matçda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?