Hər futbolçuya 900 min avro mükafat verib - Belə prezidenti kim istəməz?

31 Mart 2025 10:40 İspaniya 909
Hər futbolçuya 900 min avro mükafat verib - Belə prezidenti kim istəməz?

“Real”ın prezidenti Florentino Peres ötən mövsüm oyunçulara ümumilikdə 40 milyon avro bonus ödəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

“Kral klubu”nun futbolçuları son Çempionlar Liqasının finalında qalib gəldikləri üçün hər biri 900 min avro mükafat alıblar. Həmin oyunda “Real” Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlmişdi.

Madrid təmsilçisinin futbolçuları yayda keçiriləcək klublararası dünya çempionatının qalibi olacaqları halda hərəyə 650 min avro bonus qazana bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?