“Real” Kloppu baş məşqçi postuna gətirmək istəyir? – SON İDDİA

31 Mart 2025 00:10 İspaniya 914
“Real” Kloppu baş məşqçi postuna gətirmək istəyir? – SON İDDİA

“Liverpul”un keçmiş çalışdırıcısı Yurgen Klopp “Real”ın yeni baş məşqçisi ola bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi hazırda komandanın baş məşqçisi Karlo Ançelottinin yayda Braziliya millisinə getmə ehtimalını nəzərə alaraq, Kloppun mümkün dəvətini aktiv şəkildə müzakirə edir.

Almaniyalı mütəxəssis 2015-2024-cü illərdə “Liverpul”a rəhbərlik edib.

“Real” 29 oyundan sonra İspaniya çempionatında 63 xalla ikinci yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?