“Əylənmək haqqında düşünmək lazımdır, onda heç bir təzyiq olmayacaq”

15 Mart 00:00 İspaniya 374
“Əylənmək haqqında düşünmək lazımdır, onda heç bir təzyiq olmayacaq”

“Barselona”nın cinah oyunçusu Lamin Yamal oyunlardakı təzyiqlərdən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı ispaniyalı vinger bunu yalnız psixi faktor adlandırıb:

“İlk oynamağa başlayanda sıfırdan başlayırsan, sonra heç bir təzyiq olmur. Zəif oynayanda təzyiq sadəcə əlverişli bəhanəyə çevrilir.

Təzyiq yoxdur, bu, sadəcə psixi faktordur, onu öz başınızda yaradırsız. Təzyiq haqqında düşünmürsənsə, deməli, yoxdur. Əylənmək haqqında düşünmək lazımdır, onda heç bir təzyiq olmayacaq. Mən məhz bunu etməyə çalışıram”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”