Səudiyyə Ərəbistanı variantı yarandı – “Barsa”nın hücumçusu üçün

6 Mart 2025 00:20 İspaniya 927
Səudiyyə Ərəbistanı variantı yarandı – “Barsa”nın hücumçusu üçün

“Barselona”nın vingeri Ansu Fati yay transfer pəncərəsində klubu tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı hücumçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək ehtimalı var.

Daha əvvəl “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Fatiyə güvənmədiyini və onu qışda buraxmağa hazır olduğunu, lakin futbolçunun klubda qalmağa qərar verdiyini etiraf edib.

22 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 8 matçda iştirak edib və qol vurmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?