“Bu adam həmişə klubu üçün mübarizə aparır, bütün prezidentlər belə işləməlidir”

2 Mart 2025 12:45 İspaniya 713
“Bu adam həmişə klubu üçün mübarizə aparır, bütün prezidentlər belə işləməlidir”

“Atletiko”nun prezidenti Enrike Serezo “Real”ın rəhbəri Florentino Peres haqda fikirlərini bölüşüb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubunun rəhbəri Peresin əla prezident olduğunu söyləyib:

“Peres əla prezidentdir. O, “Real” tarixinin ən yaxşısıdır. Bu adam həmişə klubu və oyunçuları üçün mübarizə aparır. Bütün prezidentlər belə işləməlidir”.

“Real” İspaniya çempionatının cari mövsümündə 54 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Karlo Ançelottinin komandası xalların bərabər olmasına baxmayaraq, əlavə göstəricilərə görə lider “Barselona”dan geri qalır. Onlar UEFA Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti