
“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi yaxın vaxtlarda keçmiş klubu “Barselona”ya qayıdacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu təmir edilmiş “Kamp Nou” stadionunda oynamadan karyerasını bitirmək istəmir.
Messi 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Onun Amerika klubu ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
37 yaşlı forvard karyerası ərzində 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.