Premyer Liqadan 40 milyon avroluq təklif - "Real"ın müdafiəçisi üçün

11 Fevral 2025 18:40 İspaniya 715
Premyer Liqadan 40 milyon avroluq təklif -

"Real"ın müdafiəçisi Raul Asensio karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Nottingem Forest" ispan futbolçunu transfer etmək istəyir.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

İngiltərə klubu 21 yaşlı mərkəz müdafiəçisi üçün Madrid təmsilçisinə 40 milyon avroluq təklif göndərib.

Raul Asensio "Real"ın yetirməsidir. Gənc oyunçu bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Fevral 18:10 Çək və bizə göndər!