Klub prezidenti narazı qaldı: “Bu, biabırçılıqdır”

21 Yanvar 10:00 İspaniya 1 098
Klub prezidenti narazı qaldı: “Bu, biabırçılıqdır”

“Barselona” həftəsonu İspaniya çempionatında “Xetafe” ilə səfər matçında xal itirib.

Komandalar hərəyə bir dəfə fərqlənib və final fitindən sonra tablo 1:1-i göstərib.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xuan Laporta hakimlikdən narazı qalıb:

“Xetafe” ilə oyunda hakimlik biabırçılıq idi. Jül Kunde ilə epizodda penaltinin təyin olunmaması qalmaqaldır. Antonio Rüdigerə (“Real”) qarşı son matçdakı epizodda bunun üçün fit çaldılar”.

“Barselona”nın növbəti oyunu sabah UEFA Çempionlar Liqasında “Benfika”ya qarşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə