“O, qalmaq istəyir və belə də olacaq - Rahatlayın!”

18 Yanvar 2025 00:00 İspaniya 638
“O, qalmaq istəyir və belə də olacaq - Rahatlayın!”

“Barselona”nın yarımmüdafiəçisi Qavi komanda yoldaşı Ronald Arauxo ilə bağlı vəziyyət haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Arauxonun “Barselona”da qalmaq istədiyini bildirib:

“Arauxo “Barselona”da qalmaq istəyir və əminəm ki, belə də olacaq! Rahatlayın! Mən həmişə Ronaldın dediklərinə inanıram”.

Daha əvvəl uruqvaylı futbolçunun “Barselona” ilə müqaviləni yeniləməkdən imtina etdiyi və “Yuventus”a keçəcəyi bildirilirdi.

25 yaşlı Arauxo bu mövsüm bütün turnirlərdə 2 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti