Futbolçuları qeydiyyatdan keçirdi, prezident VİDEO paylaşdı

9 Yanvar 2025 01:30 İspaniya 839
Futbolçuları qeydiyyatdan keçirdi, prezident VİDEO paylaşdı

İspaniyanın Ali İdman Şurası (CSD) "Barselona"ya futbolçuları Dani Olmo və Pau Viktoru müvəqqəti olaraq qeydiyyatdan keçirməyə icazə verib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

La Liqa və İspaniya Kral Futbol Federasiyasının imtinasına baxmayaraq, Kataloniya klubu məhkəmələrdə şikayətlərinə baxıldığı dövrdə sözügedən futbolçularını La Liqa, ölkə kuboku və İspaniya Superkubokunda oynada biləcək.

Beləliklə, "Barselona" müvəqqəti olsa da, mövsümün ikinci yarısı üçün "yaşıl işıq" alıb.

Klubun prezidenti Joan Laportanın verilən qərardan sonrakı sevincini videoda təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?