İspaniya klubundan ayrılmağa hazırlaşır - Tanınmış futbolçu

6 Yanvar 2025 22:00 İspaniya 663
İspaniya klubundan ayrılmağa hazırlaşır - Tanınmış futbolçu

Xames Rodriqes yaxın günlərdə azad agent kimi “Rayo Valyekano”dan ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda tərəflər arasında müqaviləyə xitam verilməsi üçün danışıqlar aparılır.

Daha əvvəl kolumbiyalı yarımmüdafiəçinin Meksika klubunun oyunçusu ola biləcəyi barədə məlumatlar yayılmışdı.

33 yaşlı futbolçu cari mövsümün əvvəlində “Rayo Valyekano”ya keçib.

O, bu mövsüm İspaniya komandasının heyətində bütün turnirlərdə 7 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib, ümumilikdə 205 dəqiqə meydanda olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti