“Güclü rəqiblərə qarşı təsirli oluruq” – “Barselona”nın yarımmüdafiəçisi

6 Yanvar 2025 21:40 İspaniya 613
“Güclü rəqiblərə qarşı təsirli oluruq” – “Barselona”nın yarımmüdafiəçisi

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado komandanın Hans Diter Flikin rəhbərliyi altında oynadığı futbolun effektivliyindən danışıb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu güclü rəqiblərə qarşı təsirli olduqlarını deyib:

“Biz başa düşdük ki, oyunçu seçimimiz və oyun üslubumuz bizə vacib matçlarda qalib gəlməyə imkan verir.

Güclü rəqiblərə qarşı təsirli oluruq. Ümid edirəm ki, bu belə davam edəcək”.

“Barselona” cari mövsümdə “Real” və “Bayern”i məğlub edə bilib, ancaq son vaxtlar daxili çempionatda nəzərəçarpacaq dərəcədə zəif olan rəqiblərlə matçlarda müntəzəm səhvlər etməyə başlayıb.

Flikin yetirmələri yanvarın 8-də İspaniya superkubokunun yarımfinalında “Atletik”lə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti