Beş titul qazandı, ilin ən yaxşı baş məşqçisi seçildi

29 Dekabr 2024 00:00 İspaniya 579
Beş titul qazandı, ilin ən yaxşı baş məşqçisi seçildi

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Globe Soccer" mükafatını qazanıb.

Sportinfo.az xəbər verir ki, o, mükafata digər namizədlər Xabi Alonso (“Bayer”), Mikel Arteta (“Arsenal”), Luis de la Fuente (İspaniya yığması), Jan Pyero Qasperini (“Atalanta”), Xosep Qvardiola (“Mançester Siti”) və Simone İnzagini (“İnter”) qabaqlayaraq ilin ən yaxşı məşqçisi seçilib.

Karlo Ançelottinin çalışdırdığı “Real” bu il Çempionlar Liqası, La Liqa, Superkubok, İspaniya Superkuboku və Qitələrarası Kubokun qalibi olub.

Hazırda Madrid təmsilçisi İspaniya çempionatının turnir cədvəlində 40 xalla 2-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti