"Nəvaxtsa buradan ayrılsam, Avropada oynamayacam”

29 Dekabr 2024 01:40 İspaniya 663
"Nəvaxtsa buradan ayrılsam, Avropada oynamayacam”

"Real"In kapitanı Dani Karvahal gələcəyi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı sağ cinah müdafiəçisi nə vaxtsa Madrid təmsilçisindən ayrılsa, Avropada qalmayacağını bildirib:

"Əgər nəvaxtsa "Real"dan ayrılsam, Avropada oynamayacam. Çempionlar Liqasında və ya İspaniyada "Real"a qarşı rəqabət aparmayacam".

Dani Karvahal "Real"ın yetirməsidir. İspan futbolçu 2013-cü ilin yayından "kral klubu"nun əsas komandasıda çıxış edir.

İspaniya millisinin üzvünün klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti