Bəzi futbolçularını 80 milyon avroya satmağı planlaşdırır

27 Dekabr 2024 22:00 İspaniya 581
Bəzi futbolçularını 80 milyon avroya satmağı planlaşdırır

“Barselona” bəzi futbolçularını 80 milyon avroya satmağı planlaşdırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar Erik Qarsiya, Andreas Kristensen, Pablo Torre və Frenki de Yonqla yollarını ayırmaq istəyir.

Klub yaxşı təklif gələrsə, hücumçu Ansu Fatini də satmağa hazırdır.

Daha əvvəl “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun qışda “Barselona”ya keçə biləcəyi barədə xəbərlər yayılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti