“Barselona” Premyer Liqadan hansı hücumçunu transfer etmək niyyətindədir?

25 Dekabr 2024 15:40 İspaniya 549
“Barselona” Premyer Liqadan hansı hücumçunu transfer etmək niyyətindədir?

“Barselona” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordla maraqlanır.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, kataloniyalılar müqaviləyə ispaniyalı vingeri Ansu Fatini də daxil etməklə, ingiltərəli oyunçu ilə sözləşmə imzalamaq niyyətindədir.

Daha əvvəl “qırmızı şeytanlar”ın qış transfer pəncərəsində Reşfordla ayrılmağa hazır olduğu bildirilirdi.

27 yaşlı forvard cari mövsümdə “Mançester Yunayetd”in heyətində 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti